Supersport.Az-ın məlumatına görə, “Qarabağ” daha bir legionerlə vidalaşıb.
Klub, Al Hərbi El Jadeuyi ilə qarşılıqlı anlaşmayla yollarını ayırıb. Komanda futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 30 yaşlı mərakeşli yarımmüdafiəçi ötən mövsümün əvvəlindən “Qarabağ”da çıxış edirdi.