SOTOMAYOR: "AZƏRBAYCANA QIZIL MEDAL SÖZ VERMİŞƏM"

SOTOMAYOR: "AZƏRBAYCANA QIZIL MEDAL SÖZ VERMİŞƏM"
Olimpiya, Rio-2016, Digər
19 Avqust 2016 - 23:05


“Mən bura gələndə qızıl medal söz vermişdim. Qollarım güclü idi, özüm də hazırlıqlı idim”. Supersport.Az saytının məlumatına görə, bu sözləri Azərbaycanın boks yığmasının üzvü Lorenzo Sotomayor deyib.

 

Rio Olimpiadasında finala qalaraq tarixi nəticəyə imza atan dəri əlcək ustamız yarımfinal oyunundan sonra fikirlərini bölüşüb: “Özümə əmin idim, qalib gələcəyimi bilirdim. Finalda da indiki kimi mübarizə aparacam. Hətta bundan da yaxşı olacaq. Əsas hədəfim qızıl medal qazanmaqdı və özümü buna hazır hiss edirəm”.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

Digər xəbərlər