AZƏRBAYCAN OLİMPİYA TARİXİNDƏ İLK DƏFƏ: BOKSÇUMUZ FİNALDA!!!

AZƏRBAYCAN OLİMPİYA TARİXİNDƏ İLK DƏFƏ: BOKSÇUMUZ FİNALDA!!!
Olimpiya, Rio-2016, Digər
19 Avqust 2016 - 22:59


Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışların davam edir. Supersport.Az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.

 

64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Bütün görüş boyu rəqibindən üstün olan təmsilçimiz yekunda inamlı qələbəyə sevinib. O, erməni idmançını 3:0 (30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib.

 

Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.

 

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Qızıl uğrunda döyüş 21 avqust saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.

 

Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

Digər xəbərlər