RİO-2016: SOTOMAYOR YARIMFİNALDA

RİO-2016: SOTOMAYOR YARIMFİNALDA
Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 02:09


Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb.

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor 1/4 finalda Yasnier Toledo (Kuba) ilə üz-üzə gəlib.

Təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.

Qeyd edək ki, daha əvvəl 75 kq çəkidə döyüşən Kamran Şahsuvarlı da bürünc medalı təmin edib.

Digər xəbərlər