RÖVŞƏN BAYRAMOV OLİMPİADADA MEDALSIZ QALDI

RÖVŞƏN BAYRAMOV OLİMPİADADA MEDALSIZ QALDI
Olimpiya, Rio-2016
15 Avqust 2016 - 12:28
Supersport.Az-ın məlumatına görə, dünən "Rio-2016" Olimpiya Oyunlarında doqquzuncu günündə Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.

Turnirdə 59 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının ikiqat qızıl medalçısı Rövşən Bayramov 1/8 finaldakı rəqibi venesuelalı Rayber Xose Rodriges Orozko olub. R.Bayramov qalib gələrək dörddəbirfinal mərhələsinə adlayıb.

Güləşçimiz Rövşən Bayramov ikinci görüşündə ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Rövşən Bayramov həmin mərhələdə yaponiyalı Şinobu Otaya uduzub. R.Bayramov bürünc medal uğrunda görüşdə 2014-cü il dünya çempionatının mükafatçısı norveçli Stiq-Andre Berqeyə məğlub olub. İdmançımız "Rio-2016"nı beşinci yerdə başa vurub.

Digər xəbərlər