Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.
Supersport.Az xəbər verir ki, kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə debüt edib. Kanoe-slalomçumuz Yure Meqliç 200 metr məsafəyə bir nəfərlik kayak qayığı ilə seçmə yürüşünü 95.12 nəticə ilə 14-cü sırada tamamlayıb.
Meqliçin ikinci keçidi saat 22:42-də olacaq. Ümumilikdə, iki keçiddən sonra 21 idmançı arasında ən yaxşı nəticə göstərən ilk 15 atlet yarımfinala yüksələcək.
Qeyd edək ki, Yure Meqliç Olimpiada tarixində kanoe-slalom idman növündə Azərbaycanın ilk təmsilçisidir.