BAKIDA RUSİYALI BOKSÇU RİNQƏ BURAXILMADI

BAKIDA RUSİYALI BOKSÇU RİNQƏ BURAXILMADI
Boks
24 İyun 2016 - 23:53
Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin aparıcı üzvü Teymur Məmmədov finala yüksəlib.

"Rio-2016"ya lisenziyanı təmin edən boksçumuz formal xarakter daşıyan yarımfinal görüşü keçirilmədən qalib elan olunub. Avropa çempionumuz T.Məmmədov gənclər arasında dünya və Avropa birinciliyinin mükafatçısı Pyotr Xamukovla üz-üzə gəlməli olsa da, rəqib rinqə çıxmayıb. Boksçuların duelinin keçirilməməsinə səbəb rusiaylı idmançının tibbi baxışdan keçə bilməməsi göstərilir.

Digər xəbərlər