İDMANÇILARIMIZA AĞIR CƏZA

İDMANÇILARIMIZA AĞIR CƏZA
Digər, Ağır Atletika
12 İyun 2016 - 19:09
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ötən il ABŞ-da keçirilən dünya çempionatından sonra dopinq-testdən keçə bilməyən Azərbaycan milli komandasının üzvlərinin cəzalarını açıqlayıb.


Supersport.Az xəbər verir ki, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli isə 4 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, qanında boldenon aşkarlanıb.


Qeyd edək ki, Valentin Xristov həmin çempionatda bürünc mükafat qazanmışdı. Bu qərardan sonra onun medalı əlindən alınıb. Bolqarıstan əsilli idmançı, həmçinin London-2012 Olimpiya Oyunlarında da 3-cü yeri tutmuşdu.

 

Digər xəbərlər