KARATEÇİLƏRİMİZ KONYADA 7 MEDAL QAZANDILAR

KARATEÇİLƏRİMİZ KONYADA 7 MEDAL QAZANDILAR
Karate, Digər
25 Aprel 2016 - 20:38
Yeniyetmə və gənc karateçilərimiz Türkiyənin Konya şəhərində 6-cı Rumi Uşaq Oyunlarına 7 medal qazanıblar. Supersport.Az xəbər verir ki, oğlanlardan Bəxtiyar Rzayev (-70 kq) gümüş medala, Fərid Ağayev (-57 kq), Tural Yaqubov (-57 kq) və Eldar Qədirov (-63 kq) isə bürünc mükafatlara sahib olublar.

Qızlardan Nərgiz Vəliyeva kumitedə, Emilya Mitlinova və Mədinə Sadıqova isə kata çıxışında 3-cü yeri tutub.

Digər xəbərlər