YILDIRIMDAN TERİMƏ: "QAN DAVASINA ÇEVİRMƏYİN!"

YILDIRIMDAN TERİMƏ: "QAN DAVASINA ÇEVİRMƏYİN!"
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
18 Aprel 2016 - 21:04
Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nın prezidenti Əziz Yıldırım Türkiyə yığmasının baş məşqçisi Fatih Terimə ismarıc göndərib.

Klub rəhbəri, qolkiper Volkan Dəmirəlin milli komandaya dəvət olunmamasına münasibət bildirib:

"Volkana təlimat verirmişəm... Bu, boş söhbətdir. Bunu heç kim etməz. Volkan milli komandada təhqir olunduğu üçün stadionu tərk edib. Təcili olaraq geri dönməsi ilə bağlı zəng etdilər. Əks halda, cəza alacağımızı dedilər. Kapitan Əmrəni axtardım, tapın aparın dedim. Məşqçidən ayrılarkən, Fatih Terimə deyib. Fatih Terim avtomobilini verib, göndərib. O zaman daha niyə inad edirsiniz?! Deyin ki, sənə ehtiyacımız yoxdur, qəti qərar verin".

Digər xəbərlər