"AZERREYL"İN DAHA BİR UĞURU

"AZERREYL"İN DAHA BİR UĞURU
Digər, Voleybol
10 Aprel 2016 - 11:14
 Voleybol üzrə Azərbaycan Super Liqasına yekun vurulub.

Supersport.Az saytının məlumatına görə, “Azərreyl”in çempionluğu ilə başa çatan yarışda “Rabitə”nin 7 illik uğurlu seriyasına son qoyulub.



Buna “dəmiryolçular” “Telekom” üzərində qələbə ilə nail olublar. Final seriyasında hər 3 oyunda rəqibinə qalib gələn Bülənt Karslıoğlunun yetirmələri bununla da ölkə çempionatları tarixinə ikinci qızıl medalçı kimi düşüblər.

“Azərreyl”in çempionluğu sayəsində artıq tarixin yaddaşına qovuşan “Rabitə”nin hegemonluğu da başa çatıb.

Bu medal çempionatımız Super Liqaya çevriləndən sonra “Azərreyl”in tarixində 6-cı mükafat olub. Son iki mövsümdə “Azəryol” adı altında çıxış etmiş komanda 4 dəfə gümüş, 1 dəfə isə bürünc medala yiyələnib.

Qeyd edək ki, “Azərreyl” medal qazanmaqla, çempionatlarımız tarixində ikinci ən çox mükafat əldə edən komanda adını qoruyub. Bu siyahıda 7 medalla “Rabitə” hələ ki, əlçatmazdır.



























































MövsümQızılGümüşBürünc
2008/2009RabitəAzərreylLokomotiv
2009/2010RabitəLokomotivİqtisadçı
2010/2011RabitəAzərreylİqtisadçı
2011/2012RabitəLokomotivBakı
2012/2013Rabitəİqtisadçı, Azərreyl
2013/2014RabitəAzəryolİqtisadçı
2014/2015RabitəLokomotivAzəryol
2015/2016AzərreylTelekomLokomotiv

 

 

 

Digər xəbərlər