"QƏBƏLƏ"NİN AÇIQ BİRİNCİLİYİ KEÇİRİLİB

"QƏBƏLƏ"NİN AÇIQ BİRİNCİLİYİ KEÇİRİLİB
Digər, Cüdo
05 Aprel 2016 - 21:52
Cüdo üzrə 2003-2004 və 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında "Qəbələ" İdman Klubunun açıq birinciliyi keçirilib.

Supersport.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilati dəstəyi ilə Qəbələ rayonunda keçirilən və iki gün davam edən yarışda ölkəmizin müxtəlif bölgələrindən 215 cüdoçu bacarığını nümayiş etdirib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 2003-2004-cü illər təvəllüdlü cüdoçular arasında Teyyub Abdullayev (30 kq), İslam Hacıyev (34 kq), Aydın Rzayev (38 kq), Rahim Əzimzadə (42 kq), Nahid İsmayılov (46 kq), Əhməd Dəmirçiyev (50 kq) və Orxan Paşayev (+50 kq), 2005-2006-cı illər təvəllüdlü cüdoçular arasında isə Elnar Abdullayev (24 kq), Cəsur İbadlı (27 kq), Mahmud Bilalov (30 kq), Süleyman Şükürov (34 kq), Nicat Abduləzizov (38 kq), İbrahim Həmidov (42 kq) və Nihad Qaracayev (+42 kq) qalib adını qazanıblar.

Digər xəbərlər