NİDERLAND - AZƏRBAYCAN: HAKİMLƏR AÇIQLANDI

NİDERLAND - AZƏRBAYCAN: HAKİMLƏR AÇIQLANDI
Futzal
21 Mart 2016 - 19:53
Futzal üzrə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off matçlarında Niderland ilə qarşılaşacaq Azərbaycan milli komandasının səfərdə keçirəcəyi ilk matçının hakimləri məlum olub.



Supersport.Az saytının məlumatına görə, görüşü Çexiya, Fransa və Almaniya referiləri idarə edəcəklər.

Belə ki, qarşılaşmanın əsas hakimi Çexiya təmsilçisi Ondrey Çerni, köməkçisi fransız Sedrik Pelisyer, üçüncü hakim isə alman Sven Eşler olacaq.

Qeyd edək ki, Kolumbiyada keçiriləcək Dünya Kubokunda iştirak etmək üçün millimizin qarşısında tək maneə olan Niderland yığması ilə ilk oyun martın 22-də Almere şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Digər xəbərlər