BAKIDA KİŞİ BOKSÇULAR ARASINDA ƏNƏNƏVİ "İPƏK YOLU" BEYNƏLXALQ TURNİRİ KEÇİRİLƏCƏK

BAKIDA KİŞİ BOKSÇULAR ARASINDA ƏNƏNƏVİ "İPƏK YOLU" BEYNƏLXALQ TURNİRİ KEÇİRİLƏCƏK
Digər, Boks
09 Mart 2016 - 23:05
Martın 10-dan 14-dək kişi boksçular arasında ənənəvi “İpək yolu” beynəlxalq turniri keçiriləcək.

 Supersport.Az xəbər verir ki, Bakıdakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Gürcüstan və İsraildən dəri əlcək ustaları da mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev, Cavid Çələbiyev (hər ikisi 56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) təmsil edəcəklər

Digər xəbərlər