"İnter"in tarix yazmaq şansı var"

"İnter"in tarix yazmaq şansı var"
Futbol
09 İyun 2023 - 23:01
"İnter"in baş məşqçsi Simone İnzagi "Mançester Siti" ilə oyundan əvvəl danışıb.

"Necə matç oynamalı olduğumuzu başa düşürük. “Mançester Siti”nin top komanda olduğunu bilirik. Rəqib hazırda dünyanın ən yaxşı komandasıdır.

Bu mərhələdə olmaqdan qürur duyuruq. Biz hər şeyimizi verəcəyik. Tam konsentrasiya ilə oynayacağıq. Səhvlərdən qaçmaq, onları məhdudlaşdırmaq lazımdır.

Bu, mövsümün 57-ci oyunudur. Çox uzun bir mövsüm. Eniş-yoxuşlar oldu. Uğursuzluqlar olanda biz böyüyür və əlavə edirdik.

Məğlubiyyətdən dərs aldıq. Futbolçular çox çalışırdılar. Səy və çalışqanlıq bizi bu məqama çatdırdı.

Bizim tarix yazmaq şansımız var. Qalib gəlmək son dərəcə çətin olacaq. Lakin biz bunu reallaşdırmaq üçün birlikdə çalışacağıq".

Digər xəbərlər