Supersport.Az ESPN-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrezə 100 milyon avro maaşla iki mövsümlük müqavilə təklif etməyə hazırdır.
Əlcəzairli futbolçunun İngiltərə təmsilçisinin hazırkı kontraktı 2025-ci ilin yayında başa çatır. Lakin qeyd edilir ki, yarımmüdafiəçi Mançester klubunda oyun təcrübəsinin az olmasından məyusdur.
32 yaşlı futbolçunun Səudiyyə Ərəbistanına getməyə hazır olduğu,”Mançester Siti”nin isə onunla yolları ayırıb-ayırmayacağı məlum deyil.
2022/2023 mövsümündə Mahrez İngiltərə Premyer Liqasında 30 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.