Messi fitə basıldı

Messi fitə basıldı
Futbol
04 İyun 2023 - 17:00
Supersport.Az xəbər verir ki, “Klermon”la oyunda PSJ ilə vidalaşan Lionel Messi övladları ilə meydana çıxmağa peşman olub. Argentinalı futbolçu vida matçında hər dəfə topa yaxınlaşanda azarkeşlər fit çalıb.

“Paris Saint-Germain” klubu argentinalı superulduz Lionel Messinin komandadan ayrıldığını açıqlayıb. Fransa Liqasını çempion kimi başa vuran PSJ öz meydanında "Klermon"u qəbul edib. Vida matçında Lionel Messi ilə azarkeşlər arasında buzun əriyəcəyi gözlənildiyi halda, bunun əksi baş verib.

Övladları ilə meydana çıxan argentinalı əfsanə 2:3 hesabı ilə uduzduqları matçda azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb. Tribunalarda fit və uğultu səsləri eşidilib.

Digər xəbərlər