Supersport.Az Azərbaycan prezidenti İlham Əliyevin Bakıda başlayan taekvondo üzrə 26-cı dünya çempionatının rəsmi açılış mərasiminə təşrif buyurmasından videogörüntü hazırlayıb. Ölkə rəhbəri “Bakı Kristal Zalı”nda azarkeşlərə Salam verib. Prezidentin bu addımı alqışla qarşılanıb.
Dünya çempionatında rekord sayda 145 ölkədən 949 taekvondoçu iştirak edir.
Xatırladaq ki, prezident İlham Əliyevin yarışa gələcəyi xəbərini eksklüziv olaraq Supersport.Az saytı yaymışdı.