Supersport.Az xəbər verir ki, buz hokkeyi üzrə DÇ-2023-ün yarımfinalında Kanadaya məğlub olan Latviya millisinin çalışdırıcısı hakimlərindən şikayətlənib.
Baş məşqçinin köməkçisi Petteri Nummelin hesab edir ki, komandasının görüşdə 2:1 öndə olduğu halda 2:4 hesabı ilə uduzması referilərin səhvindən olub. O, bu hakimlərin qovulmasını istəyib.
Xatırladaq ki, oyun Şimali Amerika yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşü fin referi Miko Kaukokari və amerikalı Şon MakFarleyn idarə edib.