"Napoli" Spalettiyə yalvarır
Futbol
27 May 2023 - 23:24
Supersort.Az xarici mətuata istinadla xəbər verir ki, "Napoli" Spalettiyə 2 illik müqavilə təklif etməyə hazırdır, lakin məşqçi klubdan ayrılmaq qərarına gəlib.
Spaletti yeni müqaviləni qəbul etməyəcək.
Bundan əvvəl məşqçinin mövsümün sonunda Neapolitan klubunu tərk etmək qərarına gəldiyi məlum olub.
"Napoli"nin prezidenti Aurelio De Laurentis baş məşqçiyə ildə 4 milyon avrodan çox maaşla yeni iki illik müqavilə təklif etməyə hazırdır. Lakin Spaletti artıq yekun qərarını verib və klubdan ayrılacaq. Futbolçular artıq bunu bilirlər.
Qeyd edilir ki, Spaletti üçün əsas problem De Laurentis ilə münasibətlərin pisləşməsidir və pul bunu dəyişməyəcək.
Bu mövsüm Spalettinin rəhbərliyi altında "Napoli" 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.