Milli komanda qazilərlə birgə

Milli komanda qazilərlə birgə
Digər, Taekvondo
19 May 2023 - 19:00

Supersport.Az xəbər verir ki, Azərbaycan taekvondoçuları 44 günlük Vətən müharibəsinin qaziləri ilə bir araya gəliblər. Vaxtilə taekvondo ilə məşğul olan qəhrəmanlar zəfərə gedən yolu bir daha xatırlayaraq milli üzvləri ilə birgə mayın 29-dan iyunun 4-dək Bakıda təşkil olunacaq dünya çempionatının keçiriləcəyi Bakı Kristal Zalına yollanıblar.



Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və Təftiş Komissiyasının sədri Bəxtiyar Mirzəyev də məkanda mundialla bağlı gedən son işlərlə tanış olublar. Bildirilib ki, Bakı "Kristal Zal"ında demək olar tamamlanma işləri gedir və tezliklə qonaqları qəbul etməyə hazır olacaq.



N. Səfərov taekvondoçularımıza yarışda uğurlar arzulayıb. O qeyd edib ki, dayanq üzərinə çıxacaq hər bir milli üzvünə böyük ümid bəslənilir.



N.Paşayev isə dünya çempionatında qələbə üçün nəyə diqqət yetirilməli olduğunu deyib. Dünya çempionu hesab edir ki, komandaya yaradılan şərait idmançılar üçün titul qazanmağa böyük stimuldur.

Bir 6 kişi görseli olabilir

Bir 9 kişi görseli olabilir

Digər xəbərlər