Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) “Paris-2024” Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yenilikləri ilk olaraq Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında tətbiq edəcək.
Supersport.Az Azərbaycan Atıcılıq Federasiyasına istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra “Tokio-2020″də tətbiq edilmiş qaydalarla yanaşı, yeni qaydalar da bir sənəddə toplanaraq ISSF saytında yerləşdirilib.
“Atletlərin, məşqçilərin və rəsmi şəxslərin mayın 8-dən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün kitabça dərc edirik”.
Qeyd edək ki, Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.