Yığmamız Avstriyada aciz qaldı - Video

Yığmamız Avstriyada aciz qaldı - Video
Futbol, Video
25 Mart 2023 - 02:11
Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Azərbaycan yığması Avstriyanın qonağı olub. Linzdəki "Raiffeisen Arena"da keçirilən oyunda meydan sahibləri 4:1 hesabıyla qalib gəliblər.



Qrupun digər matçında İsveç Belçika qarşısında aciz qalıb - 0:3.

24 mart

23:45. Avstriya - Azərbaycan - 4:1 

Qollar: Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 30 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1)

Hakimlər: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa)
Linz, “Raiffeisen Arena”

23:45. İsveç - Belçika 0:3

Qol: Romelu Lukaku, 35, 49, 83

"Friends Arena"

Millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək.

Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma komanda bundan əvvəl ardıcıl 5 qarşılaşmada qalib gəlmişdi.

 

Digər xəbərlər