
“Qarabağ”dan Ovusu paylaşımı – xəbərimiz təsdiqləndi
Supersport.Az-ın məlumatına görə, “Qarabağ” Kvabena Ovusuyla bağlı paylaşım edib.
“Təşəkkürlər, Kvabena Ovusu!
Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu Kvabena Ovusu Macarıstanın “Ferentsvaroş” klubuna transfer olub.
Kvabena Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!”
Qeyd edək ki, Ovusunun “Qarabağ”dan ayrılıq xəbərini ilk olaraq Supersport.Az yaymışdı.