Supersport.Az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın legioneri Kvabena Ovusu komandanın bu gün keçirilən məşqinə çıxmayıb.
Qanalı futbolçunun səhhətində problem olduğu üçün hazırlıq prosesində iştirak etmədiyi bildirilir.
Ovusu “Qarabağ”ın “Turan Tovuz”la səfər oyununda 71-ci dəqiqədə Musa Qurbanlını əvəz etmişdi.
Kvabena Tovuz səfərindən qayıdan zaman səhhətində problem yarandığı üçün həkim yardım edib.
Xatırladaq ki, “Qarabağ”ın 25 yaşlı futbolçusu karyerasını “Ferentsvaroş”da davam etdirmək istəyir.