"Sabah"ın baş məşqçisi zəif hesab olundu

"Sabah"ın baş məşqçisi zəif hesab olundu
Futbol
20 Yanvar 2023 - 16:00
"Sabah" klubunun baş məşqçisi Murad Musayev və digər rusiyalı mütəxəssislərin bu yaxınlarda "Pro" lisenziyasını almasına münasibət bildirən sabiq futbolçu Gennadi Orlov onları zəif hesab edib.

Supersport.Az “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, hazırda televiziyada şərhçi kimi fəaliyyət göstərən 78 yaşlı sabiq hücumçu Rusiyada cəmi iki məşqçinin olduğunu düşünür.

Onun fikrincə, ölkələrində məşqçilik məktəbi zəifdir: “Bizim məşqçilərimiz zəifdirlər. Ölkədə cəmi 2 məşqçi var – Sergey Semak və Valeri Karpin. Digərləri mübahisəlidir. Bəzi məşqçilər Premyer Liqa klublarında çalışsalar da, heç bir uğur əldə edə bilmədilər”.

Qeyd edək ki, yanvarın 10-da Vasili - Aleksey Berezutski qardaşları, Spartak Qoqniyev, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Sergey Kornilenko, Oleq Yarovinski və Murad Musayev “Pro” kateqoriyalı məşqçilik lisenziyasını alıblar.

Digər xəbərlər