Bu gün futbol tarixinin 2 məşhur siması – Lionel Messi və Kriştiano Ronaldo üz-üzə gələcək.
Supersport.Az xəbər verir ki, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü keçiriləcək. Messi PSJ-nin, Ronaldo isə “Əl-Nəsr”in futbolçusu olaraq seçmə komandanın tərkibində meydana çıxacaq. Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu görüş üçün PSJ-nin 10 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir.
35 yaşlı hücumçu ilə 37 yaşlı forvard son dəfə 771 gün əvvəl qarşılaşacaqlar. 2020-ci il dekabrın 8-də Messi”Barselona”nın, Ronaldo isə “Yuventus”un formasını geyinib. Həmin oyunda İtaliya klubu 3:0 hesablı səfər qələbəsi qazanıb.