"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev: "Qarabağ"dan çəkinmirik" - Video

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev: "Qarabağ"dan çəkinmirik" - Video
Futbol, Video
03 Dekabr 2022 - 16:55
Supersport.Az Azərbaycan Premyer Liqasının XVI turunun "Səbail"ə qalib gələn "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransında fikirlərini videogörüntüyə alıb.

"Maraqlı qarşılaşma alındı. Hər iki komanda dinamik oynamağa çalışdı. Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da, sonradan hər iki tərəfə zövq verdi. Komanda şəklində hücumda daha çox olmağı planlaşdırırdıq. Bunun öhdəsindən gəldik. Komandanı təbrik edirəm. Layiqli qələbə qazandıq. Rəqib təzyiq göstərirdi və müdafiəyə çəkilməyimiz bunun nəticəsidir. Planımızda nə var idisə, onu da meydanda gördüm" deyən 42 yaşlı çalışdırıcı, Azərbaycan Kubokunun "Qarabağ"la matçları barədə də danışıb: "Rəqibdən asılı olmayaraq hər oyun ağırdır. Düşünürəm ki, daha yaxşı hazırlaşacaq və mübarizə aparmağa çalışacağıq. Görüşlərə düzgün yanaşmaq və layiqli müqavimət göstərmək istəyirik". 

Baş məşqçi, Ülvi İsgəndərovun növbəti dəfə qələbə qolunu vurmasına da toxunub:

"Futbolçularım universal olmağa çalışmalıdır. Ülvi İsgəndərov komandaya 9 xal qazandırıb. O, özünü heyət üzvü kimi hiss edir. Kənardan onun ehtiyat qüvvə olduğu görünə bilər. Amma İsgəndərov əsas heyət üzvüdür".

Digər xəbərlər