UEFA "Qarabağ"a növbəti ödəniş etdi

UEFA "Qarabağ"a növbəti ödəniş etdi
Futbol
01 Dekabr 2022 - 12:50
UEFA "Qarabağ"a növbəti ödənişini edib.

Supersport.Az AFFA-nın rəsmi saytıına istinadən xəbər verir ki, qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam təmsilçisinə 139 000 avro maliyyə vəsaiti ödəyib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun balansına köçürülüb.

Digər xəbərlər