Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.
Yaponiya gözlənilmədən Kosta-Rikaya uduzub.
Mərakeş Belçikanı 2 qolla məğlub edib.
Xorvatiya Kanadaya 4:1 hesabıyla qalib gəlib.
İspaniya – Almaniya matçında qollu bərabərlik olub.
27 noyabr
E qrupu
14:00. Yaponiya – Kosta-Rika – 0:1
Qol: Keyşer Fuller, 81
Baş hakim: Maykl Oliver (İngiltərə)
“Əhməd İbn Əli” stadionu
23:00. İspaniya – Almaniya 1:1
Qollar: Alvaro Morata 62 – Niklas Füllkruq 83
Baş hakim: Denni Makkelli (Niderland)
“Əl Bayt” stadionu
F qrupu
17:00. Belçika – Mərakeş 0-2
Qollar: Sabiri 74, Z.Abuxlal 90+2
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
“Al Tumama” stadionu
20:00. Xorvatiya – Kanada 4-1
Qollar: Kramariç, 36,70. Livaya 44, Majer 90+4 – Deyvis 2
Baş hakim: Andres Matonte (Uruqvay)
“Xəlifə” stadionu