AFFA-nın Klublar Komitəsində müzakirə

AFFA-nın Klublar Komitəsində müzakirə
Futbol
11 Noyabr 2022 - 12:21
Klublar Komitəsinin növbəti iclası keçirilib.

Supersport.Az-ın məlumatına görə, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Klublar Komitəsinin sədri Fariz Nəcəfov, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib. Toplantıda Azərbaycan Premyer Liqasının cari mövsümü ərzində baş verən prosseslər, oyunların daha yaxşı təşkili, milli komandanın oyunçuların imic hüquqları ilə bağlı və digər məsələlər müzakirə olunub. Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.

           

Digər xəbərlər