Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Supersport.Az saytının məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Turun açılış matçında “Şamaxı” öz meydanında “Sumqayıt”ıməğlub edib.
Turun digər oyunları isə şənbə və bazar günü baş tutacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
11 noyabr (cümə)
“Şamaxı” – “Sumqayıt” 4:2
Qollar: Rövşən Şahmuradov, 8 (1:0), Vüsal İsgəndərli, 14 (1:1), Nihat Quliyev, 33 (2:1), Kamran Quliyev, 62 (3:1); 66 (4:1), Rüfət Abdullazadə, 68 (4:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Şamaxı şəhər stadionu
12 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail”
18:30. “Neftçi” – “Qəbələ”
13 noyabr (bazar)
14:30. “Kəpəz” – “Turan Tovuz”
17:00. “Sabah” – “Qarabağ”