Qurban Qurbanov "Neftçi"ni məğlub etmələrindən danışdı - Video

Qurban Qurbanov "Neftçi"ni məğlub etmələrindən danışdı - Video
Futbol, Video
02 Oktyabr 2022 - 08:20
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 8-ci turunun "Neftçi"yə qarşı keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini videogörüntüyə alıb.


"Düşünürəm ki, hər iki komandanın azarkeşləri oyundan razı qaldılar. Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidi. İlk hissədə bir az anlaşılmazlıq olurdu. Bu da başadüşüləndi. Çünki uşaqlar çoxdandır ki, bir yerdə deyildilər. Açıq oyun getdi. Bunu bəyəndim. Yaxşı komandaya qarşı oynadıq. Stadionda ab-hava yaxşı idi. “Neftçi”yə uğurlar arzulayıram. Qalib gəlsək də, çoxlu səhvə yol verdik. Bunun üzərində işləyəcəyik. Bəzən belə də olur ki, çox qol epizodu yaradırsan, amma yararlana bilmirsən. Rəqibi və oyunun gərginliyini də nəzərə almaq lazımdı. Digər epizodlardan istifadə etdik. Bunların üzərində işləyirik. Hər bir oyunçu qol vurmaq imkanı varsa, bundan istifadə etməlidir" deyən 50 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Maksim Medvedev və Kevin Medina "Olimpiakos"a qarşı oynayacaq?

- Hər şey yaxşıya doğru gedir. Start heyətində yer almasalar da, oyuna hazır olacaqlar. Fiziki hazırlıq baxımından çatışmazlıqların olması mümkündür.

- "Olimpiakos"la görüşdə azarkeşlər sizdən qələbə gözləyir....

- Azarkeşlər bizə həmişə inanır. Hansı komanda ilə oynamağımızda asılı olmayaraq, bizdən hər zaman qələbə gözləyir. Bu, bizi daha məsuliyyətli olmağa məcbur edir. Futbolçular bunu başa düşür və biz onların etimadını doğrultmağa çalışırıq. Qalib gəlmək şansımız varsa, bundan yararlanmağa çalışacağıq

- Növbəti oyundan əvvəl sizi narahat edən nə var?

- Xüsusi narahatlıq yoxdur. Ola bilsin ki, hazırlıqda çatışmazlıq var. "Olimpiakos"un yeni baş məşqçisi var, ona görə də qarşımızda fərqli komanda olacaq. Əsas odur ki, futbolçularımız sağlam olsun. Marko Yankoviçin vəziyyəti məlum deyil. Ayağında ağrılar hiss etdi. Görək necə olacaq.

- "Neftçi" "Qarabağ"a qarşı yalnız bir hissə müqavimət göstərməyi bacardı. Bu, rəqabətsizlik sizi narahat edir?

- Ən azından tempi qoruyub-saxlamaq istəyirik. "Neftçi"nin potensialı yüksəkdir. Belə fikirləşib qarşıdakı oyunlara biganə yanaşa bilmərik. Çünki bu ilin sonuna qədər sıx qrafikdə oynayacağıq. Ona görə də indi əldə olunan xallar bizim üçün çox vacibdi. Komanda da mövsümboyu eyni səviyyədə qala bilməz. Düşünmədiyimiz anda xal da itirə bilərik. Bütün rəqiblərimiz çox ciddidir. "Neftçi" çox ciddi rəqibdir.

- "Zirə" 7:1 qalib gəlməyiniz çox müzakirə edilirdi. Həmin oyundan sonra Rəşad Sadıqovlda danışmısınız?

- Biz onunla bir-birimizi heç vaxt müzakirə etmirik. Çünki onunla çox yaxın dostuq. Bir-birimizə sədaqətimiz yüksəkdi, bundan isə sui-istifadə etmirik. Fikirlər çox ola bilər. Rəşadla dostluğumuz gündən-günə dərinləşir. Hər kəs eyni düşüncədə olmaya bilər. Həmişə bir-birimizin üzünə dik baxmışıq. Öz aramızda futbol oynayanda belə, aramızda mübahisələr olur. Ona görə də bu məsələ haqda da çox fikir bildirmək istəmirəm. Rəşadla oyundan sonra danışdıq, söhbətləşdik. Bu baxımdan narahat deyiləm. Dostluğa sadiq insanlarıqsa, heç bir narahatlıq da ola bilməz.

 

Digər xəbərlər