Supersport.Az Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a uduzan “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın fikirlərini videogörüntüyə alıb. Rumın mütəxəssis məğlubiyyətdən dərs almalarını bildirib.
“Təbii ki, nəticəyə görə üzgünük. İlk yarıda yaxşı futbol oynadıq, qol vurduq, 2-3 qol epizodu da yaratdıq. Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdı. İkinci hissədə sadə səhvlərə yol verdik. Rəqibimizi təbrik edirəm. Amma növbəti oyunda onlara qarşı daha güclü olacağıq”.
– Bu gün uğurlu nəticə üçün nə çatışmadı?
– Əsas rəqiblərinizə uduzursunuz…
– Solomon Kvirkveliyanın ehtiyatda qalmasına nə səbəb olmuşdu?
– “Qarabağ”a qarşı ilk dəfə oynamış oldunuz. Rəqib barədə nə deyəcəksiniz?
– İlk dəqiqələrdən “Qarabağ”a qarşı hücum futbolu oynamağa çalışdıq. Yaxşı, uğurlu epizodlar da oldu. “Qarabağ”ın güclü oyunçuları və geniş heyəti var. Müdafiədə oynamayaraq risk etmiş olduq. Bu oyun bizim üçün yaxşı dərs olmalıdır.
– “Qarabağ” səviyyəsinə çatmaq üçün “Neftçi”yə nə qədər zaman lazımdır?