Rəşad Sadıqov "Qarabağ"la bağlı paylaşım etdi: "Qələbəyə ehtiyacımız var idi"

Rəşad Sadıqov "Qarabağ"la bağlı paylaşım etdi: "Qələbəyə ehtiyacımız var idi"
Futbol
16 Sentyabr 2022 - 11:33
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Bakıda Fransa "Nant"ına qalib gəldiyi UEFA Avropa Liqasının II tur oyunu ilə bağlı paylaşım edib.

Supersport.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis instaqramda "köhlən atlar"a rəhbərlik edən Qurban Qurbanovla fotosunu paylaşaraq, bu sözləri yazıb:

"Hocam, bu qələbəyə çox ehtiyacımız var idi. Şəhidlər ölməz! Allah ordumuzu qorusun"!

Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış görüşdə "Nant"ı 3:0 hesabı məğlub edib.

Digər xəbərlər