Supersport.Az-a müsahibəsində 17 il futbol hakimi olan Nahid Əliyev AFFA-da tüğyan edən ədalətsizliyə qarşı çıxıb.
Təcrübəli referi köməkçisi, Hakimlər Komitəsinin keçmiş avstriyalı rəhbəri Fritz Ştuxlikin haqsızlıqlarına göz yuman icraçı vitse-prezident Elxan Məmmədovla baş katib Sərxan Hacıyevi sərt tənqid edib.
Premyer Liqadan birinci diviziona göndərilən, üç dəfə VAR kursunda iştirak edən N.Əliyev, ədalətin bərpası üçün E.Məmmədov və S.Hacıyevlə görüşsə də, tədbir görülmədiyini, yalanlar danışıldığını, bu səbəbdən hakimlikdən getdiyini bildirib. O, haqsızlıq edənlərə hər iki dünyada haqqını halal etmədiyini vurğulayıb.