"Turan Tovuz"dan maraqlı addım

"Turan Tovuz"dan maraqlı addım
Futbol
22 İyul 2022 - 15:00
Futbolun İnkişaf Fondu və “Turan Tovuz” klubu məhdud sayda mövsümi biletləri satışa çıxarıb.

Supersport.Az xəbər verir ki, 2022/2023 mövsümü üçün nəzərdə tutulan 500 biletin birinin qiyməti 59 manatdır.

Biletləri əldə edən fanatlar Tovuz şəhər stadionunda komandanın bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcək.

Mövsümi bilet əldə edən şəxsə klubun atributları da təqdim olunacaq.

 

Digər xəbərlər