Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.
Supersport.Az xəbər verir ki, “qartallar” Rumıniyanın I Liqasında çıxış edən “Hermanştadt”la qarşılaşıb. “Koru” otelin meydançasında baş tutan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qarşılaşmada hesabı “Zirə” açıb. Hamidu Keyta 25-ci dəqiqədə fərqlənib. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, rəqib ikinci yarıda geri dönüş edərək, qələbə qazanıb.
Qeyd edək ki, “Zirə”nin Bolu toplanışında daha 2 yoxlama oyunu nəzərdə tutulub.