Polad Həşimovun xatirəsinə ölkə birinciliyi keçirilir

Polad Həşimovun xatirəsinə ölkə birinciliyi keçirilir
Stolüstü Tennis, Digər
27 İyun 2022 - 15:46
Supersport.Az-ın məlumatına görə, bu gün şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışa 2010-cu il təvəllüdlü və daha az yaşlı idmançılar qatılıblar. Şəxsi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonları təmsil edən stolüstü tennisçilər qələbə uğrunda mübarizə aparırlar.

İyulun 29-da yekunlaşacaq yarışda ilk 3 yeri tutan idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsidir.

Digər xəbərlər