Dünən kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Supersport.Az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan çempionatın XIII turuna “Neftçi” “Sərhədçi” matçı ilə start verilib. Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib – 3:0 (25:7, 25:18, 25:15).
Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu qarşılaşmada da qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə edib.
Beləliklə, XIII turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən “Murov”un 26, MOİK-in 18, “Ekspress”in 6 xalı olsa da, “Sərhədçi” isə xala həsrətdir.