Bu gün Avropa Liqasında 1/8 final mərhələsi başa çatıb.
Supersport.Az xəbər verir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə keçirilib. “Qalatasaray” “Barselona”nı qəbul edib. Türkiyə klubu əvvəlcə hesabı açsa da, sonradan iki qol buraxaraq məğlub olub. Bununla da “Qalatasaray” yarışla vidalaşıb.
Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmamışdı.
“Sevilya” isə “Vest Hem”in qonağı olub. İngiltərə klubu mərhələ adlayıb.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final mərhələsi
cavab oyunları
17 mart
21:45. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) – 1:2
Qollar: Markao, 28 – Pedri 37, Pyer-Emerik Aubameyanq 49
İlk oyun – 0:0.
21:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Atalanta” (İtaliya) – 0:1
Qol: Boqa 90
İlk oyun – 2:3.
21:45. “Monako” (Fransa) – “Braqa” (Portuqaliya) – 1:1
Qollar: Disasi 90 – Abel Ruiz, 19
İlk oyun – 0:2.
21:45. “Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya) – 2:1
Qollar: İvaniç, 10, Əl-Fardu Ben Nabuan 90+3-pen. – Kent 56
İlk oyun – 0:3.
00:00. “Vest Hem” (İngiltərə) – “Sevilya” (İspaniya) 2-0
Qollar: Souçek 39, Andrey Yarmolenko 112
İlk oyun – 0:1.
00:00. “Ayntraxt” (Almaniya) – “Betis” (İspaniya) 1-1
Qol: Rodriges 120+1-öz qapısına – Borxa İqlesias 90
İlk oyun – 2:1.
00:00. Lion (Fransa) – “Portu” (Portuqaliya) 1-1
Qol: Dembele 13 – Pepe 27
İlk oyun – 1:0.