İrina Zaretskadan qızıl medal

Karate, Digər
20 Fevral 2022 - 18:38
Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirində final görüşünə çıxıb.
Supersport.Az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.