"Qarabağ" sonadək döyüşəcək"

"Qarabağ" sonadək döyüşəcək"
Futbol
19 Fevral 2022 - 17:01
"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Konfrans Liqasının 1/16 finalında "Olimpik Marsel"ə məğlub olduqları ilk matçı şərh edib.

Supersport.Az saytı xəbər verir ki, 20 yaşlı hücumçu sosial şəbəkədə istədikləri nəticəni qazana bilmədiklərini yazıb:

"İstədiyimiz nəticəni əldə edə bilmədik. Amma sona qədər döyüşəcəyik".

"Qarabağ" səfərə fransız klubuna 1:3 uduzub. Cavab matçı fevralın 24-də Bakıda olacaq.

Digər xəbərlər