"Neftçi" polyak klubunu məğlub etdi - Video

"Neftçi" polyak klubunu məğlub etdi - Video
Futbol, Video
24 Yanvar 2022 - 21:23
Supersport.Az-ın məlumatına görə, "Neftçi" Antalya toplanışı çərçivəsində son yoxlama oyununda Polşanın "Qurnik Lençna" klubunu məğlub edib. "Emirhan Sports Complex Side"ın stadionunda baş tutan görüş "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Qələbə qoluna 54-cü dəqiqədə Emin Mahmudov imza atıb.


"Neftçi" bu heyətlə oynayıb:

1.İvan Brkiç (12.Kamran İbrahimov, 46), 3.Mamadu Mbodj (44.Seymur Əliyev, 87), 4.Huqo Basto (20.Mert Çelik, 46), 6.Voislav Stankoviç (82.Rüfət Abbasov, 71), 8.Emin Mahmudov (K) (37.Vüsal Əsgərov, 75), 14.Eddi İsrafilov (26.Ömər Buludov, 78), 19.Azər Salahlı, 21.İsmayıl Zülfüqarlı (97.Xəyal Nəcəfov, 46), 24.Yusuf Laval (15.Ansoni Frias, 75), 77.Gilyerme Pato (73.Ramin Nəsirli, 61), 91.Ramon Maçado (9.Tiaqo Bezerra, 46).

Ehtiyat oyunçular: 93.Rza Cəfərov, 22.Mirabdulla Abbasov, 27.Fərid Yusifli.

Qeyd edək ki, Manavqat bölgəsində məskunlaşan "Neftçi" sabah Bakıya qayıdacaq. Azərbaycan klubu yanvarın 14-də Macarıstanın "Kişvarda" (2:2), 19-da isə Polşanın "Visla Plosk" (1:1) klubları ilə üz-üzə gəlmişdi.

Digər xəbərlər