Militao "Real"a 1 xal qazandırdı

Militao "Real"a 1 xal qazandırdı
Futbol
23 Yanvar 2022 - 22:09
İspaniya La Liqasında 22-ci turun oyunları davam edir. 

Supersport.Az xəbər verir ki, Kral klubu evdə "Elçe"ni qəbul edib. Hesabı 42-ci dəqiqədə qonaqların üzvü Lukas Boye açıb. Pere Milla 76-cı dəqiqədə fərqi bir qədər də artırıb. Son dəqiqələrdə Real oyunda geri dönüş edə bilərlər. Luka Modriç 82-ci, Eder Militao 90+2-ci dəqiqədə fərqlənib.


Qeyd edək ki, "Real"  hazırda La Liqanın turnir cədvəlində 50 xalla liderdir. "Elçe" isə 23 xalla 15-ci pillədə qərarlaşır.

Digər xəbərlər