"Neftçi"nin kapitanı: "Milli uğur qazanmalıdır, "Qarabağ"dan danışmayacağam" - Video

"Neftçi"nin kapitanı: "Milli uğur qazanmalıdır, "Qarabağ"dan danışmayacağam" - Video
Futbol, Video
14 Dekabr 2021 - 09:43
Supersport.Az İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə ilin ən yaxşı futbolçusu seçilmiş Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudovun açıqlamasının videogörüntüsünü təqdim edir.


"Şadam ki, məni ilin futbolçusu seçdilər. Namiq Ələsgərov və Mahir Emreli də mükafata layiq idi. Millidəki uğurlu çıxışım və "Neftçi" ilə çempionluğum qalib olmağıma səbəb oldu. Bu uğurumda əməyi olan hər kəsə təşəkkür edirəm" deyən 29 yaşlı orta xətt oyunçusu, daha yaxşı olmaq üçün hər zaman qarşısına yüksək hədəflər qoyduğunu bildirib: "Millidə və klubumda yaxşı nəticələr üçün əlimdən gələni edəcəyəm. Canni De Byazi baş məşqçimizdir. Mənə çox şans verdi. Onun tapşırıqlarını yerinə yetirməliyik ki, uğur qazanaq. De Byazi ilə uğur qazana bilərik. Meydana hər zaman yaxşı nəticələr üçün çıxmalıyıq".

"Neftçi"nin kapitanı "Qarabağ"dan gələn təklif haqda danışmaq istəməyib.

 

Digər xəbərlər