Qurban Qurbanov: "Özümə sual verirəm ki, borcumu layiqincə yerinə yetirdim?"

Qurban Qurbanov: "Özümə sual verirəm ki, borcumu layiqincə yerinə yetirdim?"
Futbol, Eksklüziv, Foto
23 Noyabr 2021 - 21:15
Supersport.Az-ın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Ağdam rayonunun işğaldan azad olunmasının birinci ildönümü və "Qarabağ" Futbol Klubunun beynəlxalq yarışlarda əldə etdiyi uğurlara həsr olunmuş toplantı keçirilib. Tədbirə Baş İdarənin rəisi Raqif Abbasov, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, futbolçu Qara Qarayev, "İdman Azərbaycan" Televiziyasının sədr müavini Rövşən Binnətli, Supersport.Az saytının baş redaktoru Anar Cəfərsoy, "İmarət", "Qarabağ Ordu", "Leydis of Qarabağ" fanklubunun üzvləri qatılıb.

R.Abbasovun açılış çıxışı zamanı Qarabağ zəfəri, Ağdamın erməni işğalından azad olunmasının 1-ci ildönümnə, "Qarabağ"ın beynəlxalq yarışlarda uğurlu çıxışına həsr olunduğunu bildirib. Hamı Azərbaycan Dövlət Himnini canlı ifa edib, ardından tədbir başlayıb.

Məktəbli Nurgül Cəfərsoy Azərbaycanın zəfəriylə bağlı şer deyib.

Gənclər və idman naziri Fərid Qayıbovun Salamlarını çatdıran Bakının idman qurumunun rəisi Raqif Abbasov tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ağdam səfərindən danışarkən kövrələn rəis, zəfərdən sonra özünü xoşbəxt hiss etdiyini qeyd edib. Bildirib ki, dilbər yerlərimizdən birində də erməni vəhşiliyinin şahidi olub. İdman qurumunun rəhbəri, Qarabağ zəfərinin ardından ilk yarışı Ağdamda keçirdiklərini, döyüş meydanında qalib olan qazilərə idman turnirində özlərini göstərməyi həvalə etdiklərini diqqətə çatdırıb.

"Qarabağ"dan danışan rəis, klubun idman tariximizdə özünəməxsus yeri olduğunu, Avropa turnirində daha çox uğurlar arzuladığını söyləyib. O, komandanın baş məşqçisi Qurban Qurbanovun peşəkarlığı, böyük sevgisi, uzunmddətli zəhməti sayəsində zəfərlər qazandığını, təcrübəli mütəxəssisin yetirmələrinin xarici klublarda, milli komandalarda çıxışını, həmçinin məşqçilik etdiyini qabardıb. Rəis, digər komandalarımıza da qitə yarışında nailiyyət əldə etməyi diləyib. İdman qurumunun rəhbəri, əlavə edib ki, uğurlarda azarkeşlərin xüsusi payı vardır.


Direktor Emrah Çelikel görüşün səmərəli, mühüm olmasına diqqət çəkib. Klub rəsmisi, 23 il ölkəmizdə olduğu müddətin 18 ilini kluba sərf etdiyini, ilk məqsədlərinin Qarabağ adını layiqincə yaşatmaq olduğunu xatırladıb. Direktor, komandanın uğurlarında birlik, inam olmasını xüsusi qabardıb.


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, Qarabağ üçün həmişə borcunu layiqli yerinə-yetirmədiyini düşünüb. Mütəxəssis, həmçinin rəhbərlik, məşqçilər, futbolçularla birlikdə vicdanla çalışmağa cəhd etdiklərini vurğulayıb:


"Qarabağ"a böyük dəyər, qiymət verilməsi çox xoşdur. Bu, bizi daha da məsuliyyətli edir. Həmişə deyirəm ki, bizim etdikərimiz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı qarşısında heç nədir. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Biz həmişə çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək, xalqımızı sevindirək. Hər zaman özümə sual verirəm ki, borcumu layiqincə yerinə yetirdim? Azarkeşlərin də zəhmətini qabartmaq istərdim".


"İdman Azərbaycan" Televiziyasının sədr müavini Rövşən Binnətli 2001-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çağırışına əsasən "Qarabağ"ın dağılmasının qarşısının alındığını, "Azersun Holdinq"in komandaya ağır günündə dəstək verdiyini qeyd edib. O, qalib xalqın nümayəndəsi olmasını, Qarabağda qazanılan zəfəri fəxarət hissiylə vurğulayıb. Tanınmış jurnalist, "Qarabağ"ın nəhayət ki, qrup səddini keçməsini yüksək nəticə kimi qiymətləndirib.


"Bu, irəliyə addımın göstəricisidir. "Qarabağ" komandasının mənəvi yükü çox ağırdır. Bunu daşımaq hər oğulun işi deyil. Bu dözümə görə baş məşqçi Qurban Qurbanov, klub rəhbərliyinə təşəkkür edirəm. Ordu kimi olan azarkeşlərin də əməyini qeyd etmək istəyirəm".


Baş İdarə "Qarabağ"ın fəaliyyətini təbliğ edən media nümayəndələrini, həmçinin azarkeşləri Azərbaycan bayrağı, diplom, üzərində klubun loqosu olan topla mükafatlandırıb.

Mükafat alanlar sırasında Supersport.Az saytının baş redaktoru Anar Cəfərsoy da olub.



 

 

Digər xəbərlər