Türkiyəyə çempionluq qazandıran gürcü əsilli idmançı Azərbaycanı təriflədi

Türkiyəyə çempionluq qazandıran gürcü əsilli idmançı Azərbaycanı təriflədi
Futbol, Eksklüziv, Video
07 Noyabr 2021 - 15:00
Supersport.Az-a Azərbaycanda təşkil olunan "Böyük Dəbilqə" turnirinin qalibi, Türkiyəni təmsil edən gürcü əsilli Vedat Albayrak açıqlama verib.

Antalya, Bakıdakı yarışların çempionu, saytımıza türkcə fikirlərini bölüşüb.

"Azərbaycana, Bakıya Salam olsun. Sizə də təşəkkür edirəm. Azərbaycanın Türkiyəylə qardaş ölkə olduğunu yaxşı bilirəm. Yarışa gəlincə, yüksək səviyyədə təşkil olunub. Çox şadam ki, burada da qızıl medal qazandım. Qarşılaşmalar çətin keçdi".



2018-ci ildə Bakıda dünya çempionatında bürünc, 2021-də Lissabonda Avropa çempionatında qızıl medal qazanan 28 yaşlı Albayrak, məqsədinin olimpiya çempionluğu olduğunu, çox çətin olsa da, bu hədəfə çatmaq üçün bütün gücünü sərf edəcəyini bildirib.

Qeyd edək ki, Vedat Albayrakın ad, soyadı əvvəllər Vano Revazişvili olub. O, Qazaxıstanda dünyaya gəlib. 

 

 

 

 

Digər xəbərlər