"Bürünc medalı qızıla çevirməliyəm" - Rövşən Əliyev - Video

"Bürünc medalı qızıla çevirməliyəm" - Rövşən Əliyev - Video
Digər, Eksklüziv, Cüdo, Video
06 Noyabr 2021 - 23:42
Supersport.Az-a açıqlamasında gənclər arasında dünya, Avropa çempionu Rövşən Əliyev “Böyük Dəbilqə” turnirində bürünc medal qazanmasından danışıb.

Gənc idmançı böyüklər arasında yarışa ilk dəfə qatılsa da, 60 kq çəkidə mükafat qazanıb.

“Böyüklər arasında ilk yarışımda mükafat qazanmağıma çox sevinirəm. Çox istərdim ki, mən də qızıl medala sahib çıxım. Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə bürünc medalı qızıla çevirməyə çalışacağam. Qələbəmdə əməyi olan hər kəsə, milli komandanın məşqçilərindən Mövlud Mirəliyev, Elçin İsmayılov, şəxsi çalışdırıcım təşəkkür edirəm”.


22 yaşlı idmançı, əsas məqsədinin olimpiya çempionu olduğunu, bunun üçün bütün gücünü sərf edəcəyini bildirib.

Digər xəbərlər