Qurban Qurbanov: "Bunu düşünməyəcəyəm, gecə-gündüz çalışacağıq" - Video

Qurban Qurbanov: "Bunu düşünməyəcəyəm, gecə-gündüz çalışacağıq" - Video
Futbol, Eksklüziv, Video
06 Noyabr 2021 - 11:19
Supersport.Az UEFA Konfrans Liqasında "Kayrat"ı ikinci dəfə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan açıqlama alıb.


Təcrübəli mütəxəssis bildirib ki, son qələbədən sonra futbolçularını bağrına basıb.

"Qarabağ"ın baş məşqçisi, qrupda liderliyi qorumağa, "Omoniya", "Bazel"lə növbəti oyunlarda da uğurlu nəticə qazanmağa çalışacaqlarını bildirib:

"Pley-offa vəsiqə qazanmaq futbolçuların inamının artması, böyüməsi üçün mühümdür. Qrupda liderliyi qorumağa çalışacağıq".

Qurban Qurbanov, "Vaxtilə "Barselona"nı məğlub edən məşqçiyə qalib gəldiniz. "Qarabağ"dan sürpriz nəticələr gözləyəkmi" sualını cavablandırıb:

"Çox yaxşı məşqçi və komandaya qarşı oynadıq. Hansısa güclü komandanı məğlub edən məşqçiyə qalib gəlməyi düşünməsəm, daha yaxşıdır. Fürsət varsa, ən uğurlu nəticə qazanmaq üçün gecə-gündüz çalışacağıq. Futbol gündən-günə sürətlə inkişafdadır. Komandamız daha yaxşı hazırlaşmalıdır".

Digər xəbərlər